Laboratoriya

İQTİSADİYYAT VƏ MENECMENT FAKÜLTƏSİ

İQTİSADİYYAT VƏ MENECMENT FAKÜLTƏSİ

       "İqtisadiyyat və Menecment " fakültəsi

   

Tarixi 1887-1990 

1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin, 1896-cı   "Bakı aşağı səviyyəli texniki məktəbi"nin, (1918-ci ildə məktəb politexnikum adlandırılmışdır) yaradılmasından sonrakı dövrlərdə sənayenin Azərbaycanda da sürətli inkişafı təkcə neft deyil, digər sahələr üçün də mühəndis kadrlarının hazırlanmasını tələb edirdi. Bu səbəbdən respublikada geniş profilli sənaye institutunun yaradılması günün vacib məsələsi kimi qarşıda dururdu.   

Bildiyimiz kimi 16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda politexnik institutunun yaradılması haqqında" dekreti elan edilmişdir.Dekretdə  qeyd olunmuşdur ki,  "Neft-mədən", Elektromexanika", "Mühəndis-inşaat", "Kənd təsərrüfatı" və "İqtisadiyyat" fakültələri əsasında Bakı Politexnikumu bazasında M.Əzizbəyov adına Bakı Politexnik İnstitutu yaradılsın. 

1920-ci il həm “İqtisadiyyat” fakültəsinin həm də  Bakı Politexnik İnstitutunun yaranma  tarixidir. Müxtəlif vaxtlarda “İqtisadiyyat”, "Sənaye iqtisadiyyatı", “Mühəndis-iqtisad, inşaat”, “Mühəndis-iqtisad, beynəlxalq iqtisadi əlaqələr və menecment”, “İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment”, “İqtisadiyyat və menecment” kimi adlandırılan fakültə 1920-ci ildə təşkil olunmuşdur.  Fakültənin təşkili və inkişafında təşəbbüskarlıq göstərən alim və pedaqoqlardan: V.V.Boqaçovu, P.K.Juzeni, N.Dubrovskini, R.M.Şatirovu, A.İ.Beskovu, M.K.Hacınskini, K.M.Cəfərovu və başqalarını göstərmək olar. 

Fakültənin yaradılmasında məqsəd Azərbaycanın neft sənaye müəssisələri üçün mühəndis-iqtisadçı kadrlar hazırlamaqdan ibarət olmuşdur. Universitetin 1920-1921-ci illərdə rektoru olmuş  professor N.A.Dubrovski sonradan (1921-1940-cı illərdə) "İqtisadiyyat" fakultəsinin dekanı təyin olunmuşdur. 1923-cü ildən institut M.Əzizbəyov adına “Azərbaycan Politexnik İnstitutu”, 29 may 1930-cu ildən isə    "Azərbaycan Neft İnstitutu" (ANİ) adlandırılmışdır. Bu ad dəyişmələri   fakültələrin adlarında da dəyişikliklərə səbəb olmuş  belə ki, “İqtisadiyyat” fakültəsi  dəyişərək "Sənaye iqtisadiyyatı" fakültəsinə cevrilmişdir.  

1934-cü il oktyabrın 10-da Neft institutu maşınqayırma, energetika və s. sahələr üçün də mühəndis kadrları hazırlığına görə “Azərbaycan Sənaye İnstitutuna” (Az.Sİ) çevrildikdən sonra 1940-1952-ci illərdə fakültənin adı yenidən dəyişərək    “Mühəndis-iqtisad, inşaat” adlandırılmışdır. 

İttifaq hökumətinin 14 mart 1959-cu ildə qəbul etdiyi qərarına əsasən Sənaye İnstitutunun adı dəyişdirilərək M.Əzizbəyov adına «Azərbaycan Neft və Kimya İnstitutu»na (AzNKİ) çevrilmişdir.  Bu illərdə respublika hökümətinin qərarına əsasən «Xalq təsərrüfatı institutun»  «Sənaye iqtisadiyyatı» ixtisası  AzNKİ-yə verilmişdir,  Yuxarıda göstərilən dəyişiklərlə əlaqədar olaraq artıq AzNKİ-də fakültələrin və ixtisasların istiqamətləri dəyanətli vəziyyətini alır. Mütəxəssis hazırlığı «Mühəndis-iqtisad»  fakültəsində aparılmaga başlanmışdır  

Fakültənin dekanları 

İqtisadiyyat fakültəsinin ilk dekanı, professor N.A.Dubrovski   (1921-1940-cı illərdə)olmuşdur. Sonrakı illərdə dosent   B. Q. Revazov (1940-1952), dosent Qrişin Pavel Alekseyeviç (1954-1962), dosent Rabinovic İosif Aronoviç (1962-1964), dosent Səlimova Şövkət Şahbaz qızı (1964-1968), dosent Fərhadzadə Mehdi Məmməd oglu (1968-1974), dosent, “Əməkdar professor” Abbasov Həmid Murtuzəli oglu (1974-1984,yenidən 2001-2006), dosent Səmədov Ramiz Seyfulla oglu (1986-1997), dosent Mollayev Rüfət Həsən oğlu (1997-2000) , dosent Əliyev Əsgər İmaməli oglu (2006-2011),  Əliyev Azad Qabil oglu 2011-2015) təyin olunmuşdur. 2015-ci ildən fakültənin dekanı , dosent Rüstəmov İlham Samil oğlu təyin olunmuşdur. 

 

Tarixi  1991-ci ildən 

1991-ci ildə institutun adı dəyişdirilərək «M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Sənaye Universiteti» (AzSU) adlandırıldı.  1991-ci ildə keçmiş ittifaqın Ali və Orta Təhsil Nazirliyi ilə ABŞ IBM korporasiyasının təşkil etdiyi «Respublika biznes məktəbi» yaradıldı və sonradan fakultəyə çevrilmişdir. Bu fakültədə ilk dəfə olaraq Respublikada «Yanacaq-enerji kompleksi sahələrində biznes üzrə menecment» ixtisası üzrə mütəxəssis hazırlığına başlanmışdır. 
    Respublika Nazirlər Kabinetinin 21mart 1992–ci il tarixli qərarı ilə AzSU-nun adı dəyişdirilərək «Azərbaycan Dövlət Neft Akademiyası» (ADNA) adlandırılmışdır. 

1997-2009-cu illərdə fakültədə 

 “Ümumi iqtisadiyyat və inzibati idarəetmə” istiqamətləri üzrə - “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)”, “Menecment (sahələr üzrə)”, “Marketinq (sahələr üzrə)”, “Biznesin təşkili və idarə edilməsi”, “Beynəlxalq iqtisadi münasibətlər”, “Təbiətdən istifadənin iqtisadiyyatı” və “Gömrük ekspertizası” ixtisasları üzrə bakalavr hazırlığı aparılmışdır. 

2015-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilərək Azərbaycan Dövlət neft və Sənaye Universiteti adlandırılmışdır. Bu səbəblə “İqtisadiyyat, Beynəlxalq iqtisadi münasibətlər və menecment fakultəsinin adı dəyişərək “İqtisadiyyat və menecment” fakültəsinə çevrilmişdir. 

 Hazırda fakültədə 4 ixtisas üzrə ümumilikdə 848 nəfər tələbə təhsil alır. Onlardan 728 nəfər (9 nəfəri əcnəbi tələbə olmaqla)  əyani şöbədə, 120 nəfər isə qiyabi şöbədə (2nəfər əcnəbi olmaqla) təhsil alır, 11 əcnəbi tələbəmiz var.  

     “İqtisadiyyat və menecment” fakültəsinin nəzdində  “Menecment”, “Sənayenin iqtisadiyyatı” ixtisas kafedraları və “Xarici dil” kafedrası fəaliyyət göstərir. “Sənayenin iqtisadiyyatı” kafedrasında 23 əməkdaş fəaliyyət göstərir. Onlardan 1-i professor, 10-u dosent, 5-i assistent, 1-i baş müəllim, 1-i müəllim, 8-i laborant vəzifəsində çalışır. “Menecment” kafedrasında 36 əməkdaş var. Onlardan 2  professor, 11-i dosent, 6-i assistent, 5 baş müəllim, 8-i laborant (5 böyük laborant, 3 laborant) vəzifəsində çalışır. Fakültənin nəzdində olan “Xarici dil" kafedrasında 58 əməkdaş çalışır. Onlardan 9 dosent, 17 baş müəllim, 27 müəllim, 6 laborantdır 

Fakültədə 4 tyutor fəaliyyət göstərir. 

  1. Cəlilova Sima Cəlil qızı 

  1. Muradova Sona Rauf qızı 

       3. Məmmədova Ruhiyyə Məzahir qızı 

     4. Rəhimova Leyla Ramiz qızı

Hazırda fakültədə “İqtisadiyyat”, “Sənayenin təşkili və idarə olunması”, “Menecment”, "Marketinq" “Biznesin idarə edilməsi” ixtisasları üzrə bakalavr və magistr hazırlıgı aparılmaqdadır. 

Yarandığı gündən indiyədək fakültədə  15 mindən artıq mütəxəssis hazırlamışdır. Uzun illər boyunca “Mühəndis iqtisadiyyatı və idarəetmə” , sənaye sahələrində marketinq, biznesin təşkili və idarə edilməsi ixtisaslarında hazırlnmış mütəxəssislər Azərbaycanın maşıqayırma, neftqazçıxarma, energetika, kimya və neft-kimya , neft emalı   sahələrinin iqtisadiyyatı və idarə olunmasında fəal iştirak etmişlər. 

 

 

İxtisaslar:

  • Sənayenin təşkili və idarə olunması
  • Menecment
  • Marketinq
  • Biznesin idarə edilməsi
  • İqtisadiyyat

 

Əlaqə nömrəsi:

     +994 12 598 43 08

 

Fakültə dekanı: i.f.d., dos. İlham Samil oğlu Rüstəmov. e-mail:  i.rustamov@asoiu.edu.az

Dekan müavini: i.f.d. ass. Urazayeva Milyənət Dolxad. 

 

      Rüstəmov İlham Samil oğlu 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhərindəki 127 saylı orta məktəbi bitirib. Azərbaycan Texniki Universitetinin “Mühəndis biznesi və menecment” fakültəsinə qəbul olub. 1999-cu ildə bakalavr, 2001-ci ildə isə “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə olunması” ixtisası üzrə magistr elmi dərəcəsi alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitunun aspirantura şöbəsinə qəbul olub. Hərbi xidmətdən sonra (2008-ci ildə) iqtisad elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edib. 2014-cü ildə AAK tərəfindən dosent elmi adı verilib.

    2010-cu ildən Təhsil Nazirliyinin “Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya”, Almaniya Federativ Respublikası İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının təşkil etdiyi “Layihələrin idarə olunması”, “Məhsuldarlıq və səmərəlilik”, “Fikrin formalaşması və qərar qəbul etmə”, “Creative Associates International” tərəfindən keçirilən “Layihələrin Planlaşdırılması və Qrant Layihəsinin Yazılması” mövzusunda təlimlərdə sertifikatla təltif olunub. İlham Samil oğlu Rüstəmov 10 tədris metodik vəsaitin, bir müştərək monoqrafiyanın, 40 yerli və xarici elmi məqalənin müəllifidir.