Laboratoriya

Bakalavr təhsili

        Hazırda fakültədə 4 ixtisas üzrə ümumilikdə 806 nəfər tələbə təhsil alır. Onlardan 713 nəfər əyani şöbədə, 93 nəfər isə qiyabi şöbədə təhsil alır, 21 əcnəbi tələbəmiz var. 

    İqtisadiyyat və Menecment fakültəsi 1920-ci ildə yaradılıb. Yarandığı gündən Azərbaycan sənaye müəssisələri üçün mühəndis-iqtisadçı kadrlar hazırlayıb. 

     Hazırda fakültədə “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment”, “Sənaye iqtisadiyyatı və menecment” ixtisas kafedraları və “Xarici dil-1” kafedrası fəaliyyət göstərir. 

“Sənaye iqtisadiyyatı və menecment” kafedrasında 23 əməkdaş fəaliyyət göstərir. Onlardan 1-i professor, 10-u dosent, 5-i assistent, 1-i baş müəllim, 1-i müəllim, 8-i laborant vəzifəsində çalışır. 

“Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında 36 əməkdaş var. Onlardan 2  professor, 11-i dosent, 6-i assistent, 5 baş müəllim, 8-i laborant (5 böyük laborant, 3 laborant) vəzifəsində çalışır.

Fakültənin nəzdində olan “Xarici dil-1” kafedrasında 32 əməkdaş çalışır. Onlardan 5-i dosent, 8-i baş müəllim, 15-i müəllim, 4-i laborantdır

  Hazırda fakültədə 4 ixtisas var:

İxtisaslar:

  • Sənayenin təşkili və idarə olunması
  • Menecment
  • Biznesin idarə edilməsi
  • İqtisadiyyat