Laboratoriya

İQTİSADİYYAT VƏ MENECMENT FAKÜLTƏSİ

Sənayenin iqtisadiyyatı

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

        “Sənayenin iqtisadiyyatı” kafedrası

   

       “Sənayenin iqtisadiyyatı, təşkili və idarə edilməsi” kafedrası 1920-ci ildə yaradılmışdır. Kafedranın ilk müdiri,  dosent N.Dubrovski, 1954-1981-ci illərdə isə kafedranın müdiri, professor A.M.Əlibəyova  olmuşdur.

        Kafedra 1987-ci ildən “Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment” adı altında  fəaliyyət göstərmişdir.

        Kafedraya 1987-1999-cu illərdə AMEA-nın müxbir üzvü, professor Akif Musayev, 2000-2012-ci illərdə professor Müşviq Atakişiyev, 2012-2016-cı ilin fevral ayına qədər professor Qəzənfər Süleymanov rəhbərlik etmişlər. 04.02.2016-cı il tarixindən “Sənaye iqtisadiyyatı və menecment” kafedrası yaradılmışdır və həmin vaxtdan 2021-ci ilin may ayına qədər kafedraya professor Qənimət Səfərov rəhbərlik etmişdir.

        2021- ci ilin iyul ayında “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının adı dəyişilib “Sənayenin iqtisadiyyatı” kafedrası  adlandırılıb. Bu vaxtdan kafedraya professor Arif Ələkbərov rəhbərlik edir.

        Hal-hazırda kafedrada 26 əməkdaş, onlardan professor-2 nəfər, dosent-9 nəfər, baş müəllim-1 nəfər, müəllim-1 nəfər, assistent, i.ü.f.d.-4 nəfər, assistent-3 nəfər, laborant-6 nəfər çalışır.

        Kafedrada “Biznesin idarə edilməsi” , “İqtisadiyyat” və “Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə mütəxəssis hazırlanır.

        “Biznesin idarə edilməsi” – beynəlxalq və ölkə daxilində biznesin qurulması, inkişafı, investisiyanın iqtisadi qiymətləndirilməsi, beynəlxalq hüquq, biznes-prosesdə təhlil və bunun üçün ekonometrik üsullardan istifadə, menecment, marketinq, iqtisadi tənzimlənmə kimi yaxın fənlərdən istifadə etməklə bazarın seqmentləşdirilməsində iştirak etməyi öyrənir.

        “Biznesin idarə edilməsi” ixtisası üzrə hazırlanan mütəxəssislərin qazanılan kompentensiyası:

     beynəlxalq və ölkə daxilində biznesin qurulması, inkişafı;

      investisiyanın iqtisadi qiymətləndirilməsi;

     biznes- prosesində təhlil və bunun üçün ekonometrik üsullardan istifadə;

     menecment, marketinq, iqtisadi tənzimlənmə kimi yaxın fənlərdən istifadə etməklə bazarın seqmentləşdirilməsində iştirak etmək.

      “İqtisadiyyat” ixtisası üzrə hazırlanan mütəxəssislər dünya və ölkədə gedən iqtisadi prosesləri, iqtisadiyyatın ayrı-ayrı sənaye sahələri və sektorları, müxtəlif səpkili biznes-layihələrin iqtisadi qiymətləndirilməsi, xarici-iqtisadi fəaliyyətin təhlili, menecment və idarəetmədə qərarların qəbulu, rəqəmsal iqtisadiyyat və informasiya-kommunikasiya texnologiyaları, elmi-tədqiqat işləmələri və onların iqtisadi əsaslandırılması, layihələrin qiymətləndirilməsi, ekonometrik modellərin iqtisadiyyata tətbiqi, müəssisənin iqtisadi göstəricilərinin  təhlili və onlara müvəffəq qərarların qəbulu məsələlərini öyrənir.

  “İqtisadiyyat ” ixtisası üzrə hazırlanan mütəxəssislərin qazanılan kompetensiyası:

      sənaye müəssisələrinin istehsal prosesinin mənimsənilməsi

      sənaye müəssisələrində istehsalın təşkili və idarə edilməsi

      layihələrin iqtisadi qiymətləndirilməsi

      mühasibat uçotu və auditin əsasları

      təşkilatın (müəssisənin) istehsal təsərrüfat fəaliyyətinin təhlili

      material, əmək və maliyyə resurslarının idarə edilməsi

      biznes-planın qurulması

      müəssisədə iqtisadi, maliyyə, əmək hesabatlarının tərtibi və təhlili

      iqtisadi tənzimlənmənin əsasları

      innovasiya layihələrinin iqtisadi əsaslandırılması

      iqtisadi hesabatlarda informasiya-kommunikasiya texnologiyaları və     ekonometrik üsullardan istifadə.

       Beynəlxalq ticarət və logistika ixtisasının əsas məqsədi qloballaşan dünyada olan beynəlxalq  bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək, bu öyrəndiklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) praktiki olaraq tətbiq etmək bacarığı  olan kadrlar yetişdirməkdir.

        “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə hazırlanan mütəxəssislərin qazanılan   kompetensiyası:

  • iqtisadiyyat və kommersiya yüklü fənlərdən dərin məlumatlılıq
  • beynəlxalq iqtisadiyyat üzrə informasiyalarla çalışmaq
  • texnoloji savadlılıq , dil bilikləri
  • layihələr icra etmə qabiliyyəti, araşdırma bacarığı
  • ümumi biznes savadlılığı, ünsiyyət bacarığı, stressə davamlılıq təşəbbüskarlıq, nəticələrin təqdimatını etməyi bacarmaq məsuliyyətli olmaq.

               Kafedrada dövlət büdcə təyinatlı  elmi-tədqiqat işi yerinə yetirilir.