“ Menecment” kafedrası
haqqında
“ Menecment” kafedrası ADNSU-nun rektorunun 03.02.2016-cı ildə 04-151 saylı əmrinə əsasən “Yanacaq-enerji kompleksi sahələrinin iqtisadiyyatı və menecment” və “Neft emalı və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedralarının bazasında yaradılmışdır. Kafedra müdiri professor Qəzənfər Salman oğlu Süleymanovdur.
Kafedrada bakalavriat və magistratura təhsil pillələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Kafedra ixtisaslaşmış professor-müəllim heyətinə malikdir. Burada 26 nəfər , o cümlədən 17 nəfər ştat üzrə, 6 nəfər 0.5 ştatda, 1 nəfər 0.75 ştatda, 2 nəfər 0,5 ştat üzrə əvəzçi müəllim fəaliyyət göstərir. Onlardan 2 nəfər professor, 13 nəfər dosent, 5 nəfər baş müəllim, 6 nəfər assistent vəzifəsini daşıyır. Bundan əlavə tədris-köməkçi heyətin tərkibində 5 nəfər böyük laborant, 3 nəfər laborant çalışır.
Kafedranın müəllimi, iqtisad elmlər namizədi, dosent Abbasov Həmid 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” adı ilə təltif olunmuşdu.
Kafedrada bakalavriat təhsil pilləsində “Neft-qaz sənayesinin idarə edilməsi”, “Sənayenin təşkili və idarə edilməsi”, “Maliyyə”, “Sənayedə investisiya və innovasiya fəaliyyəti”, “İqtisadiyyatın tənzimlənməsi”, “Menecment”, “İstehsalın iqtisadiyyatı və menecment”, “Biznesin əsasları”, “Maliyyə”, “İqtisadi informatika” (cəmi 32 fənn), magistratura təhsil pilləsində isə “Sənayenin təşkili və idarə olunmasının müasir problemləri”, “Sənayenin restrukturizasiyası və istehsal infrastrukturu” “Tədqiqat metodları”, "Müasir strateji təhlil və proqnozlaşdırma", "Neft və qaz yataqlarının işlənməsinin iqtisadi problemləri", "Neftqazçıxarma sənayesində layihə təhlilinin əsasları" və s. (cəmi 15 fənn) fənlər tədris olunur. Tələbələrə praktiki biliyin aşılanması məqsədilə kafedrada tədris olunan fənlərin bəzi mövzularının istehsalatdan dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilməsi təşkil edilir
2017-2018-ci tədris ilində kafedraya 7 dissertant, 1 əyani doktorant, 10 qiyabi doktorant, 2018-2019-cu tədris ilində isə 6 dissertant, 3 əyani doktorant, 14 qiyabi doktorant təhkim olunmuşdur.
Kafedranın məzunları SOCAR və onun tabeliyində olan, məsələn, “Azəriqaz İB”, “Neftqaz Tikinti Tresti”, “Azərkimya İB”, “Ekologiya İdarəsi”, “Kompleks Qazma İşləri Tresti”, “Neftqaz Elmi-tədqiqat layihə institutu”, “Qaz İxrac İdarəsi”, həmçinin “Azertexnolayn”MMC, “Bakı fəhləsi zavodu”; “Sumqayıt Elektrik Stansiyası”; “Bakı İstilik Mərkəzi” kimi müəssisələrdə istehsalat təcrübəsi keçir, fərqlənən tələbələr isə işlə təmin olunurlar.
Kafedranın əməkdaşları tərəfindən aktual iqtisadi problemlərin həlli istiqamətində dünyada baş verən yeniliklər, ixtiralar geniş təhlil olunur, belə ki, iqtisadi-riyazi modellər, o cümlədən amodal qeyri-səlis hesab əməllərini tətbiq etməklə, Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrində klasterlərin yaradılması mexanizminin işlənməsi və tətbiqi, alternativ enerji mənbələrindən səmərəli istifadə istiqamətləri, texnoparkların və sənaye parklarının yaradılmasının Azərbaycanın makroiqtisadi inkişafında rolu, müəssisənin iqtisadi inkişaf dinamikasının qiymətləndirilməsi istiqamətində dərin elmi-tədqiqat araşdırmaları aparılır. Eyni zamanda, mütəmadi olaraq elmi seminarlar təşkil edilir ki, həmin seminarlar da qızğın və maraqlı elmi diskussiyalar şəraitində keçirilir.
Kafedrada enerji, neft emalı və neft-kimya sahələrinin müxtəlif istiqamətləri üzrə dövlət büdcəsi hesabına “Enerji-neft-kimya kompleksi sahələrinin innovativ strategiyasının işlənməsi” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilir. Bununla yanaşı, kafedrada son 5 ildə 200 elmi məqalə, 20 dərs vəsaiti və metodiki göstəriş dərc edilmişdir. Bunlardan, 2017-2018 tədris ilində 40 məqalə (ölkə daxilində - 18, beynəlxalq jurnallarda - 22 məqalə, o cümlədən Thomson Reuters & İmpact Factor-12; Scopus and Web of Science-3; Gürcüstan-1; Moskva-4; Abu-Dabi-2), 2018-2019-cu tədris ilində isə 62 məqalə (ölkə daxilində - 49; beynəlxalq jurnallar - 13, o cümlədən, Polşa - 2, Danimarka - 1, Ukrayna - 1, Qazaxstan - 1, Rusiya - 4, İngiltərə - 1, Türkmənistan - 1, İspaniya - 1, Türkiyə-1) və digər nəşrləri (3 dərslik, 2 monoqrafiya, 1 metodik vəsait, 6 tezis) misal göstərmək olar.
Kafedraya təhkim olunmuş doktorant və dissertantlar öz elmi işləriylə bağlı seminarlar keçirirlər.