Laboratoriya

İQTİSADİYYAT VƏ MENECMENT FAKÜLTƏSİ

Xarici dillər

“Xarici dillər 1” kafedrasının tarixi və fəaliyyəti haqqında 

MƏLUMAT 

          Neft Sənayesi İnstitutunun yarandığı ilk günlərdən artıq “Xarici dillər “ kafedrası mövcud olmuş və onun xarici dillərin mükəmməl tədris edilməsində böyük əhəmiyyəti olmuşdur.  

Bütün dünyanı öz nefti ilə cəlb edən Azərbaycan kimi bir ölkədə  milli kadrların çatışmazlığı həmişə birinci yerdə olmuşdur. Həmin dövrdə instituta Rusiya federasiyası və digər yerlərdən mütəxəssislər dəvət olunurdu. Onlar kadrların hazırlanması vəzifəsini həll etməli idi. “Xarici dillər” kafedrasında  Kiyev və Varşava Universitetlərinin məzunu  - Pyotr Xristyanoviç Tumbil, 1932-35-ci illərdə xarici dildən dərs demiş və “Latın-rus-ingilis-azərbaycanca lüğət”hazırlanmışdır. 

Kafedrada çalışan xarici dil müəllimləri yerli şəraitin spesifik xüsusiyyətlərini nəzərə almaqla tədris planının seçilməsi, xarici dil fənninin ideya səviyyəsinin yüksəldlməsi, dərs və dərsdən kənar işlərin təşkili və s. sahələr üzrə geniş işlər aparır, dilin tədrisi məsələlərinə xüsusi fikir verirdilər. Kafedra ilk dəfə öz işinə “birbaşa metod”  ilə başlamış, lakin bu metod o dövrkü auditoriyada  özünü doğrulda bilmədiyindən müəllimlər tezliklə ondan imtina etmişlər.  

Həmin illərdə Azii-nin xarici dillər üzrə proqramı hazırlanır, tədris məqsədi ilə dil materiallarının seçilməsində mətnlərin məzmununa diqqət artırılırdı. 

1934-37 ci illərdə Ruxsarə Əli qızı Gaibova Moskva Mərkəzi Giyabi Xarici Dillər İnstitutunda təhsil aldıqdan sonra 1938-ci ildən “Xarici dillər” kafedrasında çalışmış və daha sonra kafedra müdiri olmuşdur. 

Sonralar Adriana Georgiyevna Mdivani, Şəfiqə Əmrullah qızı Abdullayeva, Səidə Cavad qızı Kazımova, Lalə Tofiq qızı Allahverdiyeva “Xarici dillər” kafedrasının müdiri vəzifəsində çalışmışlar. 

“Xarici dillər 1” kafedrası  ADNSU-nun rektorunun 04.12.2015-ci il 04-812 saylı                    əmrinə əsasən “Xarici dillər” kafedrasının bazasında  yaradılmışdır. Kafedra müdiri, dosent Fəridə Əliniyaz qızı Hüseynovadır. 

Kafedrada xarici dil fənni bakalavriat və magistratura təhsil pillələrində aşağıdakıixtisaslar üzrə tədris edilir:  

  1. Xarici dil-1 – GKF, QNMF, İTİF, İMF (bütün ixtisaslar) 

  1. Xarici dil -2 - GKF, QNMF, İTİF, İMF(bütün ixtisaslar) 

  1. Xarici dil – 3 - 050658 (Logistika və Nəqliyyat texnologiyaları mühəndisliyi), XTB 050106 –(İnformasiya təhlükəsizliyi) 

  1. Akademik yazı - 050606 (Neft-qaz mühəndisliyi) 

Kafedranın 2018/2019-cu tədris ilində tədris yükü 23386,1 saat olmuşdur, ştatda müəllimlərin sayi 30 nəfər idi. 

Kafedranın cari  ildəki  tədris yükü 23247,1 saat təşkil edir.Kafedrada  müəllimlərin sayı - 32 nəfərdir. Onlardan ştatda olan müəllimlərin sayı- 30,5; 5 nəfər dosent; 9 nəfərbaş müəllim; 1 nəfər- f.f.d. 18 nəfər müəllim; 2 nəfər- böyük laborant; 2 nəfər-laborant. 

Kafedrada  bakalavriat və magistratura təhsil pilləsində  4 fənn tədris edilir: (3 fənn bakalavr-1fənn magistratura) “Xarici dil-1”, “Xarici dil-2”, “Xarici dil-3”, “Akademik yazı”.  

Kafedra əməkdaşları elmi işlərini elmi məqalə şəklində Web of Scholar və Copernicus seriyalı jurnallarda dərc etmişdir ( yalnız 2018-ci ildə 49 Copernicus, 38 yerli jurnallarda). Kafedra üzrə tədris olunan fənlər üzrə lüğətlər, nəşr olunmuşdur.